Baş nazir: “Gürcüstan mediasından xahiş edirəm ki, David Qareci məsələsinə diqqətlə yanaşsınlar”

Manshet Siyasət

“Gürcüstan mediasından xahiş edirəm ki, David Qareci məsələsinə diqqətlə yanaşsınlar”

Nsa.ge xəbər verir ki, Baş nazir Mamuka Baxtadze bunu jurnalistlərə müsahibəsində bildirib.

Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçi dağdakı məbədə rahat şəkildə getdiklərini bildirib: “Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsınlar. Bu, çox emosional bir məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq”.

M. Baxtadze onuda qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.

NSA.GE