Baş nazir Gürcüstan vətəndaşlarının David Qarecidə törətdiyi insidentə münasibət bildirib

Manshet Siyasət
NSA.GE XƏBƏR PORTALI

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək”.

Nsa.ge xəbər verir ki, bunu baş nazir Mamuka Baxtadze hökumət iclasından öncə keçirdiyi brifinqdə bildirib.

Baş nazir hər kəsi komissiya və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə çağırıb: “Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıralar. İki gün bundan öncə təəssüfedici insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiya və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib.