Baş nazir: “İrakli Kobaxidze ilk təyyarə ilə Bakıdan qayıdıb istefa verdi”

Manshet Siyasət

“İrakli Kobaxidze hadisələr baş verən gün istefa vermək istəyirdi, amma bu zaman o, Bakıda səfərdə idi”.

Nsa.ge xəbər verir ki, Gürcüstanın baş naziri  Mamuka Baxtadze keçirdiyi mətbuat konfransında belə deyib.

O, bildirib ki, hadisədən sonra keçmiş parlament sədri ilk təyyarə ilə Bakıdan Tbilisiyə qayıdıb və istefa verib.

“O, öz səfərini yarımçıq qoyub ilk təyyarə ilə geri qayıtdı və siyasi şura formatında  istefası barədə bəyanat yaydı. Bu dəqiq planlaşdırılmış proses idi”,- deyə hökumət başçısı bildirib.