Baş nazir istintaqa ifadə verməyə hazır olduğunu bildirib

Manshet Siyasət

“Mən Prokuroluğa gedib, ifadə verən ilk Daxili İşlər Naziri idim və əgər lazım olsa, oraya ifadə verməyə baş nazir olaraq da gedəcəm”.

Nsa.ge xəbər verir ki, bu barədə baş nazir Giorqi Qaxaria jurnalistlərlə 20 iyun hadisələri ilə bağlı söhbət zamanı bildirib.

Qaxaria qeyd etdi ki, neçə nəfərin və haradan həbs ediləcəyinə baş prokurorluq qərar verəcək.

O gecə baş verənlərlə bağlı məsuliyyətin üzərinə götürülməsinə gəlincə isə, baş nazir bildirdi ki, iyunun 20-də televizor ekranlarından insanları hücuma çağıran və parlament binasına zorla daxil olmağa çalışan şəxslər də məsuliyyət daşıyacaqlar.