Baş Nazir: “Rusiya ilə problemlərin həlli üçün Gürcüstan mümkün olan hər şeyi etməlidir”

Manshet Siyasət

“Rusiya ilə aramızda mövcud olan ən aktual problemlərin həlli üçün Gürcüstan mümkün olan hər şeyi etməlidir”.

Nsa.ge-nin xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında deyib.

Rusiya və Gürcüstan xarici işlər nazirlərinin Nyu-York görüşünə toxunan hökumət başçısı qeyd edib ki, bu görüş Gürcüstanın beynəlxalq dostları ilə birgə həyata keçirilib.

“Biz bu istiqamətdə hər addımı praqmatik, soyuqqanlılıqla və beynəlxalq tərəfdaşlarımızla birlikdə atırıq. Unutmamalıyıq ki, heç kəs bizim işimizi görməyəcək”, – deyə G. Qaxaria bildirib.