Baş nazir “Rustavi-2” kanalının aparıcısı tərəfindən Rusiya prezidentinin ünvanına istifadə etdiyi təhqiramiz sözlərə cavab olaraq bəyanat verdi

Manshet Siyasət

“Bu provokatorların öz vətənlərinə qarşı apardığı müharibə və həmçinin, ölkənin və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı kirli və ağıla sığmaz  bir oyundur”.

Nsa.ge xəbər verir ki, bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze, “Rustavi-2” kanalının aparıcısı tərəfindən Rusiya prezidentinin ünvanına istifadə etdiyi təhqiramiz sözlərə cavab olaraq verdi.

“Rustavi-2 kanalının efirində gürcü ictimaiyyətinin izlədiyi hərəkət, qətiyyən qeyri-məqbuldur. Bu müraciəti provokasiya və Gürcüstanın təhlükəsizliyi üçün böyük təhlükə olan bir mesaj olaraq dəyərləndiririk.

Əminəm ki, Gürcüstan vətəndaşları və Gürcüstanın bütün dostları belə bir müraciətə üz döndərəcəklər və bunu çox təhlükəli bir provokasiya kimi dəyərləndirəcəklər” – dedi Mamuka Baxtadze.

Qeyd edək ki, bu gün Rustavi2 televiziyasının efirində gedən Postskriptum (P.S) proqramın aparıcısı Giorgi Qabunia V.Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.