Baş nazir: “Şərq tərəfdaşlığı altı tərəfdaş ölkənin modernləşməsinə təkan verib”

Manshet Siyasət

“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” altı tərəfdaş ölkənin modernləşməsinə təkan verib”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O deyib ki, 10 il ərzində “Şərq tərəfdaşlığı” proqramının ciddi uğur hekayəsi olub.

M.Baxtadze bu illər ərzində Gürcüstanın dayanıqlı və nəticəyə həfdəflənmiş ölkə olduğunu sübut etdiyini qeyd edib: “Gürcüstan Avropa İttifaqının malik olduğu transformasiya gücünün necə olduğunu bütün dünyaya göstərdi”.