Baş nazir: “Yalnış məlumatlar yaymayın”

Manshet Siyasət

Xahiş edirəm ki, yanlış məlumat yaymayın”.

Nsa.ge bildirir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze
“İmedi” TV-də Davit Qareci mövzusu ilə bağlı yanlış məlumatlarla bağlı çıxışında deyib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstan və Azərbaycan arasındakı dostluq çərçivəsində həll olunacaq.

Əlbəttə ki, müvafiq idarələrə tapşırıq verdim və mövzu ilə bağlı həmkarlarımızla intensiv danışıqlar aparılır.  Məlum olduğu kimi, Xarici İşlər Nazirləri arasında razılaşma əldə edildi və həmin razılaşmaya əsasən, hər iki tərəf müxtəlif idarələrin nümayəndələrindən ibarət bir komisiya yaradacaq. Daha sonra isə, sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçiriləcək. Bu proses çətindir, vaxt tələb edir. Xüsusi qeyd edim ki, monastır kompleksinə gedən yollar açıq olacaq”.

Baş nazir bildirib ki, bir gürcü olaraq, bu, onun üçün həssas mövzudur:

“Hər kəsdən xahiş edirəm, yanlış məlumat yaymaqdan yayının. Biz və Azərbaycan dost ölkələrik. Bundan əlavə, strateji tərəfdarıq və bu məsələ də dostluğumuza yaraşan şəkildə həll olunacaq”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir