Baş nazir yeni planlarını açıqladı

Siyasət

Gürcüstanın baş naziri Mamuka Baxtadze qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşdü.

Bu barədə Nsa.ge-yə baş nazirin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, İnsan Hüquqları Şurasının islahat prosesi çərçivəsində keçirilən görüşün əsas mövzusu insan hüquqlarının qorunması baxımından ölkədə mövcud olan reallıq və çağırışlardır.

Görüşdə baş nazir qeyri-hökümət təşkilatlarının nümayəndələrinə şuranın gələcək işi ilə bağlı öz baxışını təqdim etdi. Onun sözlərinə görə, şuraya baş nazir rəhbərlik edəcək, onun iş prosesinə isə xalq müdafiəçisi , qanunverici və məhkəmə iqtidarı, həmçinin beynəlxalq təşkilatların nümyəndələri qoşulacaq.

NSA.GE