Baş naziri: “David Qareci məbədi ilə bağlı komissiya yaradılır”

Manshet Siyasət

Azərbaycan-Gürcüstan sərhədlərinin demarkasiyası üzrə komissiyanın ilk iclası gələn həftənin ikinci və ya üçüncü günü olacaq.

Nsa.ge xəbərinə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Onun sözlərinə görə, komissiyanın Gürcüstan tərəfdən həmsədri xarici işlər nazirinin müavini Laşa Darsalia təyin edilib.

“Bu çox önəmli addımdır. Biz bilirik ki, bu, çox həssas məsələdir. Amma sərhədlərin demarkasiyası-delimitasiyası məsələsi bizim əsas strateji tərəfdaşımızla həyata keçirilir. Bu baxımdan bütün emosiyaları kənara qoyub, komissyaya normal şəraitdə işləyə bilməsi üçün fürsət verməliyik” – deyə David Zalkaliani bildirib.

NSA.GE