Baş naziri Mmaka Baxtadze Türkiyənin Müdafiə naziri ilə görüşüb

Siyasət

Türkiyənin müdafiə naziri Hulusi Akar Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.

Nsa.ge xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi, NATO çərçivəsində Türkiyə-Gürcüstan əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib.

H. Akar bildirib ki, Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə dəstəkləyici mövqeyi heç vaxt dəyişməyəcək.

Türkiyəli nazirin daha sonra Gürcüstan müdafiə naziri Levon İzoria və Prezidenti Salome Zurabişvili ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyənin Müdafiə naziri Gürcüstanın Dövlət Müstəqilliyin günü münasibəti ilə keçirilən hərbi paradda iştirak etmək məqsədi ilə Tiflisdə səfərdədir.

NSA.GE