Baş Prokurorluq keçmiş müxalif deputatla bağlı məhkəmə qərarından şikayət edib

Manshet Siyasət

Gürcüstan Baş Prokurorluğu Tbilisi Şəhər Məhkəməsinin Vahid Milli Hərəkat Partiyasının üzvü Nika Melia ilə bağlı qərarından Apelyasiya Məhkəməsinə şikayət edib.

Nsa.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Apelyasiya Məhkəməsi 72 saat ərzində şikayətə baxmalıdır.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin iyunun 27-də qəbul etdiyi qərarı ilə N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb. Gürcüstan Baş Prokurorluğu N.Melianın həbsini tələb edib. Deputatın toxunulmazlığı iyunun 26-da aradan qaldırılıb. Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.