Batumi bələdiyyəsində qarşıdurma-Xəsarət alan var

Cəmiyyət Manshet Siyasət

Batuminin bələdiyyə məclisində fiziki qarşıdurma nəticəsində  “Vahid Milli Hərəkat” partiyasının üzvü Roin Zoidze xəsarət alıb.

Nsa.ge İPN-ə istinadən məlumat verir ki, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, zərərçəkən xəstəxanaya aparılıb.

Zoidzenin açıqlamasına görə onu Gürcü arzusu partiyasının  üzvləri üz nahiyəsinə xəsarət yetiriblər.

Batumi bələdiyyə məclisində baş verən fiziki qarşıdurma  ilə əlaqəli Daxili İşlər nazirliyi istinataq başlayıb.

İş cinayət məcəlləsinin 126- cı maddəsilə aparılır. Maddə orakılğı nəzərdə tutur.

Müəssisənin məlumatına görə, insidentdə iştirak edənlərin hamısı sorğu sual olunacaq. Batumi bələdiyyə məclisinin iclasında “Gürcü arzusu” və “Vahid Milli Hərəkat”  partiyasının üzvləri arasında qarşıdurma 2 dəfə baş verib. “Vahid Milli Hərəkat”  partiyasının döyülən üzvü  xəstəxanaya yerləşdirilib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 3 =