Beynəlxalq Valyuta Fondunun rəhbəri Gürcüstana gəlir

Manshet Siyasət

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Gürcüstana səfər edəcək.

Nsa.ge məlumat verir ki, bu barədə Laqardın köməkçisi Mark Horton bildirib.

Belə ki, fond rəhbəri mayın 16-21 Qazaxıstan, Özbəkistan və Gürcüstanda olacaq.

Qeyd edilir ki, o, Tbilisidə ölkənin yüksək vəzifəli şəxsləri ilə, o cümlədən prezident Salome Zurabişvili və baş nazir Mamuka Baxtadze ilə görüşəcək.

Onu da bildirək ki, Beynəlxalq Valyuta Fondunun rəhbəri Gürcüstana ilk dəfə səfər edəcək.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =