Bidzina İvanaşvili: “Gürcüstan parlamentində bugün baş verənlərlə bağlı vətəndaşlarımızın narahatçılığını başa düşürəm və onlarla tamamilə razıyam”

Manshet Siyasət

“Gürcüstan parlamentində bugün baş verənlərlə bağlı vətəndaşlarımızın narahatçılığını başa düşürəm və onlarla tamamilə razıyam”.

Nsa.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin “Gürcü Arzusunun” mətbuat xidmətinin “Facebook” səhifəsində yaydıqı bəyanatda deyilir.

“Gürcüstan parlamentində işğalçı dövlətin nümayəndəsinin hərhansı bir foruma rəhbərlik etməsi qeyriməqbuldur və büna müvafiq reaksiya verilməlidir. Mənə bildirdilər ki, bu tədbirin təşkilatçıları tərəfindən əhəmiyyəti nəzərə alınmayan bir siyasi səhv idi.

Mən parlamentin sədri ilə danışdım, sərt mövqeyimi bildirdim və təbii ki, tövsiyyə edirəm ki, bu iclas dərhal dayandırılsın” – deyib Bidzina İvanişvili.

Xatırladaq ki, Tbilisidə Pravoslavlığın Parlamentlərarası Assambleyasının 26-cı baş sessiyası keçirilir.

Sesiya bu gün parlamentin iclas zalında davam edəcək.

Parlament spikerinin yerindən deleqatlara Assambleyanın prezidenti, Rusiya Dumasının deputatı və komunist partiyasının üzvü Sergey Qavrilov müraciət edir. Assambleyanın rəhbəri də odur.

Mənbə: 1tv