Bidzina İvanişvili: “Qaxarianın istefası sözün əsl mənasında vətənə xəyanət olardı”

Manshet Siyasət

“Qaxarianın istefa etməsi bu sözün tam mənası ilə vətən xəyanəti olardı”.

Nsa.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili jurnalistlərə deyib.

Onun dediyinə görə, 20 iyun hadisələrində polis gücünün istifadəsi legitim idi və Xarici partnyorların bununla bağlı sualları yoxdur, ancaq aksiya zamanı polis tərəfindən həddindən artıq gücün istifadəsinin ayrı-ayrı faktları ilə bağlı istintaq aparılır.

İvanişvili deyir ki, Daxili İşlər Naziri Qaxarianın bu yerdə istefası tam bir vətən xəyanəti olardı.

“Qaxaria və Daxili İşlər Nazirliyi, şükür tanrıya, layiqli şəkildə dövlət instututunu zorakılıqdan xilas etdi” – dedi Bidzina İvanişvili.

İvanişvilinin dediyinə görə, nə Vaşinqtonun, nə də Avropanın 20 iyun hadisələrində istifadə edilən gücün legitimliyi ilə bağlı sualı yaranamayıb.