Biznes Ombudsman Azərbaycan tərəfi ilə iki ölkə arasındaki biznes əlaqələri haqqında danışdı

Manshet Siyasət

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstanın Biznes Ombudsmanı İrakli Lekvinadze ilə görüşüb. 

Nsa.ge xəbər verir ki, görüşdə Gürcüstan və  Azərbaycan arasında  işgüzar əlaqələrin dərinləşdirilməsinin və Azərbaycan şirkətlərinin Gürcüstandakı fəaliyyəti müzakirə edilib.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini narahat edən məsələlər İ. Lekvinadzenin diqqətinə çatdırılıb.

İ. Lekvinadze Azərbaycanla biznes əlaqələrinin dərinləşdirilməsinin Gürcüstan üçün vacib olduğunu vurğulayıb.