BMT baş katibi Gürcüstan və Rusiya xarici işlər nazirlərinin görüşünü alqışlayır

Siyasət

“BMT-nin baş katibi Antoniu Quterreş Gürcüstan və Rusiya Xarici İşlər nazirlərinin 2008-ci ildən bəri baş tutan ilk görüşünü alqışlayır”.

Nsa.ge xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefani Dujerik (Stephanie Dujarric) açıqlama verib.

“BMT baş katibi, sentyabrın 26-da BMT Baş Assambleyasının sessiyası çərçivəsində Gürcüstan və Rusiya Xarici İşlər nazirlərinin İsveçrənin vasitəçiliyi ilə keçirilən görüşünü alqışlayır”,- deyə açıqlamada bildirilib.