Brüsseldə Şərq Partnyorluğu yubileyi ilə bağlı ministerial açılacaq

Manshet Siyasət

“Şərq Partnyorluğunun” 10 illiyi ilə bağlı Brüsseldə bu gün Xarici İşlər Ministerialı açılacaq.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər nazirləri “Şərq Partnyorluğunun” altı üzvünə – Gürcüstan, Ukrayna, Moldova, Belarus, Ermənistan və Azərbaycan nümayəndə heyətinə ev sahibliyi edəcəklər.

Ministerial yerli vaxtla saat 10:00-da (Tbilisi vaxtı ilə saat 12:00-da) başlayacaq. Görüşdə tərəflər 10 illik partnyorluq, birgə əməkdaşlıq və gələcək planlar barəsində müzakirələr aparacaqlar.

Ministerialda Gürcüstan Xarici İşlər naziri David Zalkaliani iştirak edəcək.

Günün ikinci yarısında Avropa Şurasının prezidenti Donald Tusk, nümayəndə heyətinin rəhbərlərinə ev sahibliyi edəcək.

Brüsseldə ikigünlük tədbir çərçivəsində Gürcüstanın baş nazirinin müxtəlif görüşləri, o cümlədən Avropa Komissiyasının prezidenti, Jan-Klod Yunker ilə görüşü planlaşdırılıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir