Bu şəxslər şəxsiyyət vəsiqəsini bu gündən 2020-ci ilin noyabrına qədər pulsuz ala biləcəklər

Cəmiyyət Manshet Siyasət

Gürcüstan Ədliyyə nazirinin təşəbbüsü ilə, seçki siyahısının daha da təkmilləşdirilməsi məqsədi ilə, müəyyən kateqoriya vətəndaşları şəxsiyyət vəsiqəsini bu gündən 2020-ci ilin noyabrına qədər pulsuz ala biləcəklər.

Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aksiyanın məqsədi seçki siyahılarının dolğunlaşdırılması, agentliyin göstəricilər bazasının təkmilləşdirilməsidir. Aksiyadan vətəndaşlar bir dəfə istifadə edə bilərlər.

İdarənin məlumatına görə, 2020-ci ilin noyabrına qədər pulsuz şəxsiyyət vəsiqəsini vətəndaşlar ala biləcəklər, əgər:

✓onların adına 2019-cu ilin iyulun 1-dək heç bir sənəd alınmayıb;

✓onlara verilən bütün sənədin müddəti 2019-cu ilin iyulun 1-dək ləğv olunur və ya 2020-ci ilin noyabrın 1-dək ləğv olunur;

✓şəxsiyyət vəsiqəsinin fotosu yararlı deyil;

✓qeydiyyatdan çıxarılıblar;

✓ünvansız qeydiyyatdan keçiblər;

✓Gürcüstanın işğal olunmuş ərazisində qeydiyyatdan keçiblər və məcburi köçkün statusunu almayıblar.

Əlavə məlumatın əldə edilməsi 0 32 2 40 10 10 nömrəli qaynar xəttdə mümkündür.