Merliyə namizəd Zaur Darğallı gənclərlə görüşüb – Foto

Cəmiyyət Manshet Siyasət

Hakim “Gürcü Arzusu” – Demokratik Gürcüstan partiyasının merliyə namizədi Zaur Darğallı gənclərlə görüşüb.

Nsa.ge məlumat verir ki, Zaur Darğallı görüş zamanı öz proqramları haqqında gənclərə məlumat verib və onların suallarını cavablandırıb.

Z.Darğallı gənclərlə bağlı bir çox proqramlarından danışıb. O, seçildikdən sonra tələbələrin transport problemlərini həll edəcəyini, tələbələrə gediş-gəliş haqlarını ödəmək üçün güzəştli kartlar veriləcəyini qeyd edib.

O, öz çıxışında həm də gənclərin aktivliyinin onun üçün önəmli olduğunu vurğulayıb.

“Biz gənclərin resursunu, bizim bələdiyyənin inkişafı prosesi üçün maksimum dərəcədə isdifadə etməliyik. Bugünki görüşümüz də Marneuli meriyasında interaktiv diskusiya formasında keçirilir. Gənclərin səsləndirdiyi sual və təkliflər, onların aktivliyi bizi məmnun edir”.

NSA.GE