Burcanadze: “Saakaşvili geri dönüb, Gürcüstana rəhbərlik edə bilməz”

Manshet Siyasət

Gürcüstana Saakaşvilinin yox, “kollektiv Saakaşvili”nin dönüşünü gözləyin.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanın keçmiş spikeri Nino Burcanadze deyib.

“Şəxsən o, geri dönüb, Gürcüstana rəhbərlik edə bilməz. Əgər bugünkü gürcü hakimiyyəti indiki siyasətini davam etdirsə, o zaman “kollektiv Saakaşvili”nin geri dönüşü təhlükəsi mövcuddur. Əslində, hakimiyyətə ciddi qərbyönlü, antirus koalisiyanın gəlmə təhlükəsi var. Ona görə də məni Saakaşvilidən çox, “kollektiv Saakaşvili” problemi narahat edir”, – deyə o bildirib.