Cenevrədə Gürcüstanla Rusiya arasında danışıqlar uğursuzluqla nəticələnib

Manshet Siyasət

Gürcüstan və Rusiyanın rəsmi şəxsləri arasında Cenevrədə keçirilən danışıqların 48-ci mərhələsi uğursuzluqla nəticələnib.

Nsa.ge xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O, danışıqların növbəti mərhələsinin əvvəlki mərhələ kimi heç bir nəticə vermədiyini qeyd edib.

Bir neçə saat davam edən danışıqlarda Gürcüstan tərəfi işğal altında olan ərazilərdə humanitar vəziyyətlə bağlı məsələləri qaldırıb.

Qeyd edək ki, beynəlxalq Cenevrə danışıqları Gürcüstan və Rusiya arasında yeganə siyasi dialoq formatıdır.