Daha bir deputat parlament çoxluğunu tərk etdi

Manshet Siyasət

“Gürcü Arzusu” nun Gürcüstan parlamentindəki Qldan majoritar deputatı Levan Koberidze çoxluğu tərk edib.

Nsa.ge bildirir ki, o, mayın 1- də çoxluğun Ali Məhkəmənin hakimlərinin təyin edilməsi qaydasını nəzərdə tutan qanunlayihəsini dəstəkləməyib.

Qanunlayihə 3- dü dinləmədə qəbul edildikdən sonra o, çoxluğu tərk etdiyini bildirib.

Levan Koberidze açıqlamasında bildirib ki, onun çoxluqdan istefasının səbəbi hakimlərin təyini məsələsidir.

“Mən əvvəlcə deyirdim ki, bu, məsələ mənim üçün çox önəmlidir. Müəyyən sərhədlər, qırmızı xəttlər var ki, onları aşmağı düşünmürəm. Komandada müəyyən məsələlərdə baxışlarımız fərqlənib. Buna görədə bu qərarı qəbul etdim”.

NSA.GE