David Bakradze: “Salome Zurabişvili Gürcüstanın imicinə zərər vurur”

Manshet Siyasət

“Salome Zurabişvili bir çox yollarla göstərdiyi “ uğurlu” ənənəsini davam etdirir. O, Gürcüstanın imicinə və maraqlarına xaricdə zərər verir”.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, bunu “Avropalı Gürcüstan”partiyasının lideri David Bakradze prezidenti Salome Zurabişvilinin “ Twitter”də Donald Trampın postunu paylaşmasına münasibət bilidirərkən deyib.

Onun sözlərinə görə, prezidentin Amerikanın daxili siyasətinə qarışması düzgün deyil və zərərvericidir:

“ Ağ Evdə və konqresdə hansı partiyanın çoxluq təşkil etdiyinə baxmayaraq , bizim əsas məqsədimiz Amerika ilə strateji tərəfdaşlığımızın inkişaf etdirməsidir və bu, gələcəkdədə belə olacaq. Ona görə də biz hər iki partiya ilə (respublikaçılarla, demokratlarla) yaxşı əlaqələrimiz olmalıdır. Buna görə də mən Amerikanın daxili siyasətinə qarışmağı düzgün hesab etmirəm. Təəssüflər olsun ki bunu xanım prezidentimiz bunu edir”.

Xatırladaq ki Gürcüstan prezidenti Salome Zurabişvili öz Twitter sosial şəbəkəsində Donald Trampın prezidentliyə namizəd Go Baydensi “ yatağan” adlandırdığı postunu paylaşıb.

NSA.GE