David Qareci-yə gedən yolun təmirinə 2 milyon dollar ayrıldı

Manshet Siyasət

13,3 kilometrlik Saqareco-Udabno-David Qareci (Keşikçidağ) yolunun təmiri başlayıb.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Regional inkişaf və infrastruktur nazirliyinin avromobil yolları departamenti yayıb.

“Təmir işləri Udabno kəndinin ərazisindən başlayır və David Qareci (Keşikçidağ) monastır kompleksinə qədər davam edəcək”, – məlumatda deyilir.