David Zalkaliani: “Gürcüstan tərəfi Rusiyaya aviareysləri bərpa etməyə hazırdır”

Manshet Siyasət

Rusiya-Gürcüstan arasında aviareyslərin bərpası qısa zamanda həll edilməlidir.

Nsa.ge xəbər verir ki, bu sözləri Gürcüstan Xarici İşlər naziri David Zalkaliani deyib. O bildirib ki, Gürcüstan tərəfi Rusiyaya aviareysləri bərpa etməyə hazırdır.

Bundan əlavə, nazir turizmin ölkələrarası gərginliyi azaltmağın yollarından biri olduğunu da vurğulayıb.

Xatırladaq ki, Tiflisdə Rusiya əleyhinə aksiyalardan dolayı Kreml rəhbəri Vladimir Putin Gürcüstana aviareyslərin dayandırılması ilə bağlı qərar vermişdi.