Davit Zalkaniani: “Gürcüstan və Fransa arasında vizasız rejimin dayandırılma mexanizmi işə salınmayacaq”

Manshet Siyasət

“Viza liberalizasiya Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstanın ən önəmli nailiyyətlərindən biridir”.

Nsa.ge xəbər verir ki, bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani verdi.


Onun dediyinə görə, bu önəmli nəticəyi qorumaq lazımdır və iqtidar əlindən gələni edəcək ki, necə qanunvericilik inisiasiyası baxımından, eləcə də ictimaiyyətlə fəal komunikasiya baxımından, vizaliberalizasiyanın qorunması üçün hər cür tədbir görəcək.

“Gürcüstan və Fransa hüquqmühafizə strukturlarının planladığı tədbirlərə əsaslanaraq, deyə bilərəm ki, vizasız rejimin dayandırılma mexanizmi işə salınmayacaq” – dedi nazir.

Xatırladaq ki, Fransanın Daxili İşlər Naziri Kristof Kastaner hazırda Gürcüstanda rəsmi səfərdədir və bugün həmkarı Giorgi Qaxaria ilə görüşdü. Görüşdən sonra, nazirlər birgə mətbuat konfransı keçirdilər.