Daxili İşlər Nazirliyinə yeni təyinat

Manshet Siyasət

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru vəzifəsinə, polis mayoru Vaja Siradze təyin edildi.

Nsa.ge xəbər verir ki, bu haqda məlumatı DİN-nin mətbuat xidmətindən Birinci Kanalına təsdiq edilib.

Vaja Siradze Patrul Polisi Departamentinin sabiq directoru Mixeil Dilimaşvilini əvəz etdi. Dilimaşvili Acara Patrul Polisinin Baş İdrəsinə rəis təyin edildi.

Vaja Siradze 2019-cu ilin fevralından Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsi rəsinin müavini vəzifəsini tuturdu.

Vaja Siradze 1986-cı ildə anadan olub və hüquqşunasdır.

2003-2008-ci illərdə TDU-da oxuyub. 2007-2010-cu illərdə Gürcüstan Müdafiə Nazirliyində işə başlayıb.

2010-cu ildə işini Gürcüstan Müdafiə Nazirliyinin bölgə idarəsində (Tbilisi-Msxeta-Mtianeti) obyektlərin təhlükəsizliyi xidmətində davam etdirdi.

2011-ci ildə elə həmin idarənin rəsi vəzifəsinə keçdi.

2012-2013-ci illərdə DİN-in Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinə keçdi.

2013-2014-cü illərdə DİN-in Şida Kartli Bölgə Baş İdarəsinin Qori İdarəsinin rəis müavini vəzifəsinə təyin edildi.

2014-2015-ci illərdə DİN-in Sameqrelo-Zemo Svaneti Bölgə Baş İdarəsinin Mestiya rayon İdarəsinin rəis müavini vəzifəsində işlədi.

2015-ci ildə DİN-in İsani-Samqori idarəsinin rəisi müvani oldu.

2015-2016-cı illərdə DİN-in Şida Kartli Bölgə Baş İdarəsinin Xaşuri İdarəsinin rəis vəzifəsinə təyin edildi.

2016-2018-ci illərdə DİN-in Şida Kartli Bölgə Baş İdarəsinin Kaspi rayon İdarəsinin rəisi, 2018-ci ildə DİN-in Kvemo Kartli Bölgə Baş İdarəsinin Rustavi İdarəsinin rəisi vəzifəsinə təyin olundu.

Rus və inglis dillərinda danışır, evlidir və uşağı var.