Daxili İşlər Nazirliyinə yeni təyinat

Siyasət

Daxili İşlər Nazirliyinin İnformasiya-Analitik departamentinin direktoru vəzifəsinə Mixeil Dauşvili təyin edildi.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin analitik-informasiya departamentinin direktor vəzifəsində Kaxaber Kemoklidze işləyirdi, hansı ki, Gürcüstanın Milli Təhlükəsizlik Şurası Aparatının rəhbəri təyin edildi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Mixeil Dauşvili 2008-2012-ci illərdə Qafqaz Univesitetinin hüquq məktəbində təhsil alırdı. 2012-2014-cü illərdə isə, İlia Dövlət Universitetində biznes hüququ istiqamətində hüquqşünas maqistri dərəcəsini aldı.

2018-ci ilin may ayından bugünə qədər isə, Daxili İşlər Nazirliyinin informasiya-analitik departamentinin direktor müavini idi.

2013-cü ildən etibarən Mixeil Dauşvili Gürcüstanın Gənc Hüquqşünaslar Asosiasiyasının üzvüdür.