DİN: “Seçki məntəqələrində 5 nəfər saxlanılıb”

Manshet Siyasət

Gürcüstanda polis seçki məntəqələrində baş verən insidentlərlə əlaqədar 5 nəfəri saxlayıb.

Nsa.ge xəbər verir ki bunu Gürcüstan Daxili işlər nazirinin müavini Natia Mezvrişvili bildirib.

Saxlanılanlar iqtidar partiyası da daxil olmaqla, müxtəlif partiyaların üzvləridir.

Qeyd edək ki, bu gün Gürcüstanın Marneuli, Zestafoni, Xulo, Çiatura və Zuqdidi şəhərlərində meri seçkilər keçirilir. Saqareco, Ahmeta, Adigeni, Tkibuli, Zestafoni, Çiatura, Ozurqeti və Tsxaltuboda isə bələdiyyə Məclisinin üzvləri seçilir.

Paralel olaraq Salome Zurabişvilinin prezident seçilməsi ilə əlaqədar Tbilisidə Mtatsminda majoritar dairəsində aralıq parlament seçkiləri keçirilir.