Dominik Raab: “Gürcüstan və Böyük Britaniya arasında strateji partnyorluq və əməkdaşlıq razılaşmasının imzalanması ilə məmnunam”

Manshet Siyasət

“Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani ilə Gürcüstan və Böyük Britaniya arasında strateji partnyorluq və əməkdaşlıq razılaşmasının imzalanması ilə çox məmnunam”.

Nsa.gexəbər verir ki, bu barədə  Birləşmiş Krallığın xarici və həmdostluq işləri üzrə dövlət katibi, Dominik Raab öz “Tvitter” sosial şəbəkəsində yazır.

“Bu bizim şərqi Avropa ilə, ilk fasiləsizlik ticari razılaşmasıdır. Bu razılaşma biznes və istifadəçinin faydasını təmin edir”, – Dominik Raab qeyd edir.

Qeyd edək ki, Oktyabrın 21-də Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və Birləşmiş Krallığın xarici və həmdostluq işləri üzrə dövlət katibi, Dominik Raab “Gürcüstan və Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı arasında strateji partnyorluq və əməkdaşlıq razılaşması” barəsində müqaviləni imzaladılar.

Belə ki, razılaşma Avropa İttifaqından Birləşmiş Krallığın çıxmasından sonra qüvvəyə minəcək. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, razılaşma breksitdən sonra Böyük Britaniya ilə ikitərəfli əlaqələrdə Gürcüstan və Avropa İttifaqı arasında mövcud assosiyasiya razılaşmasını əvəz edəcək.