DSK sədri: “Bu saatadək komissiyaya 10 şikayət daxil olub”

Manshet Siyasət

Marneulidə keçirilən mer seçkilərində saat 12-yə olan göstəricilərə görə 14000 seçici öz hüququndan istifadərək səs verib.

Nsa.ge xəbər verir ki, bunu Marneuli Dairə Seçki Komissiyasının (DSK) sədri Koba Asanidze bildirib.

Bu, seçicilərin ümumi sayının  təxminən 14 faizini təşkil edir. K. Asanidze bu saatadək komissiyaya 10 şikayət daxil olduğunu açıqlayıb:

“Bəzi seçki məntəqələrində müşahidəçilər provokasiyaya əl atır, ancaq biz belə hallara qarşı lazım olan şəkildə müdaxilə edirik”.

Qeyd edək ki, Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Mübarizə əsa 4 namizəd arasında gedir. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.