Dünyanın ən güclü ordularının yeni siyahısında Gürcüstan neçəncidir?

Manshet Siyasət

“Global Fire Power” dünyanın ən güclü ordularının yeni siyahısını açıqlayıb.

Nsa.ge xəbər verir ki, 50-dən artıq parametr üzrə hazırlanan hesabatda ilk pillədə ABŞyer alıb, ikinci Rusiya, üçüncü Çin, dördüncü Hindistan, beşinci Fransa, altıncı Yaponiya, yeddinci Cənubi Koreya, səkkizinci Böyük Britaniya, doqquzuncu Türkiyə, onuncu isə Almaniyadır. 

Ən güclü orduların siyahısında Gürcüstan 85-ci, Azərbaycan ordusu 52-ci Ermənistan isə 96-cıdır.

Qeyd edək ki, hesabat hazırlanarkən əsgər sayı, döyüş qabiliyyəti, texnoloji inkişaf daxil olmaqla 50 parametr nəzərə alınır.