Eks-prezident: “Gürcüstan avtoritarlığa doğru gedir”

Manshet Siyasət

“Gürcüstan avtoritar dövlət istiqamətində gedir”

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili “Palitranews” telekanalının efirində yayımlanan “360 dərəcə” proqramında bildirib.

Giorgi Marqvelaşvili “Rustavi 2” televiziya kanalının keçmiş direktoru Nika Qvaramiaya qarşı ittihamın irəli sürülməsinə münasibət bildirib.

 “Son hadisələr göstərir ki, hakim partiya öz kursunu və ölkəni idarəetmə üsulunu dəyişib. Ölkə avtoritarizmə sürüklənir”, – deyə sabiq prezident vurğulayıb.