Estoniya və Rusiya prezidentləri Gürcüstan haqda nə danışıb?

Dünya Manshet Siyasət

Estoniya və Rusiya prezidentlərinin Kremldəki görüş zamanı Gürcüstan barədə də müzakirələr olub.

Nsa.ge 1tv.ge-yə istinadən məlumat verir ki, bu barədə Estoniya prezidenti Kersti Kaliuladi Rusiyanın “Kommersant” qəzeti ilə müsahibəsi zamanı deyib.

Kersti Kaliuladi qeyd edib ki, Estoniya Avropa Şurasının üzvüdür və ölkənin sanksiyaları Avropa mexanizmini və Gürcüstan, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Prezident Gürcüstanın “donmuş münaqişəsi” haqqında da danışıb:

“Məhz bu məsələ ilə bağlı geniş müzakirəmiz oldu və bu problemdən çıxış yolu haqda birgə həll axtardıq. Amma təbii ki, bu məsələ ilə bağlı konsensunsa nail olacağımızı heç gözləmirdim. Rusiya prezidentinə olan hörmətimə rəğmən, öz fikrimdə qaldım. Eyni şəkildə, o, öz mövqeyini qorudu”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir