Gələn həftə Gürcüstan hökumətində dəyişikliklər olacaq

Manshet Siyasət

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası hökumət dəyişiklikləri ilə bağlı qərar qəbul edib.

Bu barədə Nsa.ge İnterPressNews-a istinadən xəbər verir.

Məlumata görə, Mamuka Baxtadze daxili işlər naziri vəzifəsini icra edən Giorgi Qaxaria ilə əvəzlənəcək, İrakli Qaribaşvili isə bir neçə il əvvəl rəhbərlik etmiş daxili işlər naziri vəzifəsinə qayıdacaq.

Hökumətdəki dəyişikliklərlə bağlı gələn həftə rəsmi bəyanatın veriləcəyi gözlənilir.