Gia Volski: “Mixeil Saakaşvili emiqrantlara özünü kasıb göstərir”

Manshet Siyasət

“Müəyyən insan qrupu xaricdə yaşayan gürcülərlə manipulyasiya edir”

Nsa.ge xəbər verir ki, bu bəyanatı parlamentin vitse-spikeri Gia Volski Mixeil Saakaşvili ilə bağlı gizli səs yazıları şərhləndirərkən verdi.

“Mixeil Saakaşvili xaricdə yaşayan gürcü emiqrantlarına özünü kasıb kimi göstərir, onlar da inanırlar. Halbuki, reallıqda isə, Saakaşvili Florida sahillərində bahalı evlər alır.

Aşkarlanan səs yazılarının gerçək olub-olmadığını dəqiqləşdirib-dəqiqləşdirməyəcəyimizi bilmirəm, ancaq, düşünmürəm ki, audio-yazılarda deyilən haqqında ictimaiyyətin məlumatı yox idi. Hərkəs bilir ki, sabiq prezdentin ailəsi böyük maddi resurslara sahibdir” – dedi Gia Volski.