Giorgi Qaxaria: “Əminəm ki, dosta və düşmana yenə bir daha göstərəcəyik ki, Gürcüstan və Azərbaycan arasında dostca və qardaşca həll oluna bilməyəcək bir məsələ yoxdur”

Manshet Siyasət

“Baş nazir vəzifəsində ilk səfərimin Azərbaycana olması təsadüfi deyil, hətta əminəm ki, bu səfərlə dosta və düşmana yenə bir daha göstərəcəyik ki, Gürcüstan və Azərbaycan arasında dostca və qardaşca həll oluna bilməyəcək bir məsələ yoxdur”.

Nsa.ge xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

Belə ki, Gürcüstanın baş nazirinin Azərbaycana səfəri prezident İlham Əliyevlə üz-bə-üz görüşlə başlayıb.

Baş nazir Azərbaycan prezidentinə səmimi qarşılamaya görə təşəkkür edib.

“Bizim partnyorluğumuz regional əhəmiyyəti belə keçdi və dünya səviyyəli bir mövzu oldu. Xüsusi ilə də, iqtisadiyyat, enerji daşıyıcıları, nəqliyyat və ticarət sahəsində. Gürcüstan və Azərbaycan bir-birlərini beynəlxalq formatlarda da dəstəkləyirlər. Bu çox önəmlidir və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycana xüsusi ilə təşəkkür edirik.

İnsan səviyyəsində, vətəndaşlarımız arasında da çox səmimi və sıx dostluq münasibətini xüsusi ilə vurğulamaq istəyirəm. Bu millətlərin dostluğu əsrlər sayan tarixdən və mədəniyyətdən ibarətdir. Hər zamanki kimi, bu gün də əminəm ki, buraya səfərim yenə nəticəli olacaq və dosta düşmana yenə bir daha təsdiqləyəcəyik ki, Gürcüstan və Azərbaycan arasında qardaşca və dostca həll edilməyən məsələ yoxdur” – dedi baş nazir.

Azərbaycan prezidenti isə, Giorgi Qaxariayı baş nazir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik etdi və ilk səfərlə Azərbaycana gəldyi üçün təşəkkür etdi.

“Hörmətli baş nazir, siz dəfələrlə olubsunuz Azərbaycanda və sizinlə keçirilən hər görüşümüzü müsbət xatırlayıram. Sevinirəm ki, baş nazir vəzifəsində də ilk səfəriniz Azərbaycana oldu. Bu onun sübutudur ki, Gürcüstan və Azərbaycan yaxın dost, qonşu və partnyordur. Bizi tariximiz və coğrafiyamız birləşdirir. Bir-birimizin ərazi bötüvlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlatlar çərçivəsində də əməkdaşlıq edirik. Sevinirəm ki, Azərbaycan Gürcüstanda ən iri investorlardan biridir. Xalqlarımız arasındaki səmimi dostluğun isə, xüsusi əhəmiyyəti var və Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bu dostluğun möhkəmlənməsində böyük rol oynayırlar” – dedi İlham Əliyev.

Azərbaycan prezidenti Gürcüstanın baş nazirini “Zaqulba” sarayında qarşıladı.

Səfər və görüş haqqında məlumatı baş nazirin mətbuat xidməti yayır.