Giorgi Qaxaria: “Azərbaycan və Türkiyə ilə effektiv münasibətlər qurmaq vacibdir”

Manshet Siyasət

“Təhlükəsizlik prioritetlərimiz arasında ən vacib komponentlərindən biri Avro-Atlantik  inteqrasiyadır”.

Nsa.ge xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının Gürcüstan Baş Naziri postuna namizədi Giorgi Qaxaria parlamentdə 2019-2020-ci illər üçün hökümət proqramı ilə bağlı çıxışında bildirib.  

Giorgi Qaxaria deyib ki, ölkənin əsas tərəfdaşı ABŞ-dır, lakin qonşu ölkələrlə münasibətlərin yüksək səviyyədə olması xarici siyasətin əsas istiqamətlərindən olmalıdır: “Əsas tərəfdaşımız olan ABŞ ilə iqtisadiyyat, təhlükəsizlik və insan hüquqları sahələrində olan münasibətlərimizdə  heç bir məhdudiyyət olmamalıdır. Qonşularımız Azərbaycan, Türkiyə və Ermənistan ilə də müsbət, təsirli və effektiv münasibətlər qurmaq vacibdir. Bu sahədə çox aydın və fəal işləməliyik “.