Giorgi Qaxaria: “Biz Gürcüstana dəstək aktında sanksiyalarla bağlı təklifə hörmətlə yanaşırıq”

Manshet Siyasət

“Gürcüstana dəstək aktının müvəffəqiyyətli səsə çıxardılma prosesi yenə bir daha sübut edir ki, ən yaxın partnyorumuzla yüksək səviyyəli əməkdaşlıq münasibətlərimiz var”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria qeyd edib.

Baş nazir Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatası tərəfində Gürcüstan dəstək aktının qəbul edilməsi məsələsini bu günki hökümət iclasında fikirlərini bildirib.

Onun dediyinə görə, aktın ən önəmli hissəsi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən hörmətdir.

“Biz Gürcüstana dəstək aktında sanksiyalarla bağlı təklifə hörmətlə yanaşırıq” – dedi Qaxaria.

Baş nazir qeyd etdi ki, aktın iqtisadi komponenti də çox önəmlidir.

Xatırladaq ki, ABŞ-ın Nümayəndələr palatası dünən Gürcüstana dəstək aktını qəbul etdi.