Giorgi Qaxaria: “Bizim əsas prinsiplərimiz işin vaxtında, effektiv şəkildə edilməsi və dissiplin olacaq”

Manshet Siyasət

“Bizim əsas prinsiplərimiz işin vaxtında, effektiv şəkildə edilməsi və dissiplin olacaq”.

Nsa.ge Birinci kanala istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, onun rəhbərliyi ilə ilk dəfə keçirilən bugünki hökümət iclasında deyib.

Onun dediyinə görə, ilk növbədə hərkəs gənclərə, uşaqlara və əməkdar yaşlılara qayğı göstərməlidir.

“Vətəndaşlarımızla, vətəndaş sektoru ilə, biznes ilə, maksimal şəkildə komunikasiyada olmalıyıq. Mən vətəndaşlarımıza qarşı mülayimliyin tərəfdarıyam.

Parlament tərəfindən bizə, yeni hökümət tərkibi olaraq, verilən etimada görə, sizi təbrik edirəm, xüsusi ilə də geri qayıdan nazirlərimizi təbrik edirəm. Medyaya da təşəkkür edirəm. İşimizə davam edək” – dedi Giorgi Qaxaria.