Giorgi Qaxaria: “Gürcüstan Sergey Qavrilovun bir daha ölkəyə gəlməsinə icazə verməyəcək”

Manshet Siyasət

“Parlamentlərarası Pravoslav Assambleyasının prezidenti, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov bir daha Gürcüstanı ziyarət etmək qərarına gəlsə, Gürcüstan hökuməti onu ölkəyə buraxmayacaq”.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanın daxil işlər naziri Giorgi Qaxaria brifinq zamanı bildirib. 

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Nəticədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib. 

News Space Agency