Giorgi Qaxaria: “Küçədə duran etirazçılarla onların istədikləri məsələlərlə bağlı problemsiz danışa bilərəm”

Manshet Siyasət

“Mənim heç bir problemim yoxdur və küçədə duran etirazçı gənclərlə onların maraqlandığı məsələlərlə bağlı danışmağa hazıram”.

Nsa.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Giorgi Qaxaria “TV Pirvelinin” efirində deyib.

Nazirin sözlərinə görə, tərəflərin bir-birini dinləməsi çox önəmlidir.

Qaxaria qeyd edib ki, polis hər zaman dinc aksiya iştirakçılarını qoruyacaq, ancaq onlar tərəfindən zorakılığın baş verdiyi və aksiyanın hücuma çevrildiyi zaman, təbii ki, hökümət müdaxilə edəcək.

Bununla yanaşı, o bildirib ki, zorakılıq edən və radikəlizmə arxalanan siyasi qüvvələr seçicilər tərəfindən seçkilərdə mütləq cəzalandırılacaqlar.

“Kim olursa olsun, istən müxalifət, istər iqtidar, radikalizmə arxalanan siyasi qüvvələr seçicilər tərəfindən cəzalandırılacaqlar. Bundan əminəm və seçkilərdə bunu görəcəyik” – dedi Daxili İşlər Naziri Giorgi Qaxaria.