“Giorgi Qaxarianın baş nazir vəzifəsinə təyin edilməsi ictimaiyyətə atılan çirkin bir çağırışdır”

Manshet Siyasət

“Giorgi Qaxarianın baş nazir vəzifəsinə təyin olunması iqtidar tərəfindən ictimaiyyətə atılan çirkin bir provokasiyasıdır”.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə “Qanun və Ədalət” partiyasının lideri Tako Çarkviani deyib.

Çarkviani dediyinə görə, bu provokasiya şəxsən İvanişvili tərəfindən edilir.

“Bunu etmək ilk növbədə, bu qədər vaxt küçədə etiraz edən gənclərə qarşı ayıbdır. İvanişvilinin əlində hərkəs marionetdir, ancaq Qaxarianın adının və soyadının daha da başqa bir təsiri var. Bu ictimaiyyətə atılan bir çağırışdır. Bu adamın gənclərin gözlərinin kör edilməsi ilə bir başa əlaqəsi var. Hər kəsi bu ayıblı namizədin baş nazir edilməsini etiraz etməyə çağırıram” – dedi Tako Çarkviani.