Giorgi Qaxariya: “Avropa İttifaqı ilə inteqrasiya prosesi Gürcüstana daha da artıq nəticələr gətirəcək”

Manshet Siyasət

“Yohannes Han ilə görüş zamanı assosiyasiya sazişi, çoxəhatəli razılaşmanın konkret addımları, işğal və demokratizasiya prosesinin davam etdirilməsi barəsində söhbət etdik”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə birgə edilən bəyanatlar zamanı deyib.

Bununla yanaşı Qaxariyanın sözlərinə görə, görüşdə razılaşdılar ki, ölkədə demokratiyanın bazis, əsas funksiyaları, onların dəyərləri müdafiə olunacaqdır və daha da dərinləşdiriləcəkdir.

Elə onun dediyinə görə, Avropa İttifaqı ilə inteqrasiya prosesi Gürcüstana daha da artıq nəticələr gətirəcək.

“Bu gün assosiyasiya sazişi, çoxəhatəli razılaşmanın konkret addımları barəsində söhbət etdik ki, bu gün harada dayanmışıq, nə etməliyik. Görüşdə razılaşdıq ki, ölkədə demokratiyanın bazis, əsas funksiyaları, onların dəyərləri müdafiə olunacaqdır və daha da dərinləşdiriləcəkdir. Bizim yüksək səviyyəli görüşlərimiz davam etdiriləcəkdir”, – Giorgi Qaxariya bildirdi.