Giorgi Qaxariyanın rəhbərliyi ilə bu gün hökumətin ilk iclası keçiriləcək

Manshet Siyasət

Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın rəhbərliyi ilə bu gün hökumətin iclası ilk dəfə keçiriləcək.

Nsa.ge-nin məlumatına görə, hökumətin yeni tərkibi ilə ilk iclas saat 10:00-a təyin olunub. Gündəm hələlik hökumət administrasiyası vebsəhifəsində dərc olunmayıb.

Qeyd edək ki, Giorgi Qaxariya və hökumətin yeni tərkibini Parlament cari ilin sentyabr ayının 8-də təsdiqləyib.