Giqa Bokeria: “İvanişvilini Saakaşvilinin çıxışları gücləndirir”

Manshet Siyasət

“Saakaşvili çıxışları ilə İvanişviliyə öz çirkin kampaniyasını həyata keçirməkdə yardım edir”.

Nsa.ge xəbər verir ki, bunu “Palitranyus”a müsahibəsində Avropa Gürcüstanı Partiyasının liderlərindən olan Giqa Bokeriya deyib.

“Məsələn, o, bir müddət əvvəl dedi ki, Rusiya 2008-ci ildə edə bilmədiyini 2012-ci ildə etdi. Bu, fundamental olaraq səhv yanaşmadır və bizim cəmiyyətimizə münasibətdə doğru baxış deyil. Aydındır ki, ruslar İvanişvilinin qələbəsini istəyə bilərdilər, amma seçkidə bizim cəmiyyət iştirak edib və onlar tərəfindən bu hakimiyyət seçilib. Biz buna hörmət etməliyik. İvanişvili hökumətinin siyasəti Rusiyanın ölkə daxilindəki hakimiyyətini gücləndirir, amma 2012-ci il seçkisi demokratik idi və biz onu uduzmuşuq”, – o bildirib.