Giya Volski Vətənpərvərlər Aliyansı-nın aksiyasını dəyərləndirib

Manshet Siyasət

“ABŞ bizim əsas partnyorumuzdur və Kramer və ya forumun başqa iştirakçısının hərəkəti ilə heç cür əlaqədar deyil”.

Nsa.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri, Giya Volski “Vətənpərvərlər Aliyansının” ABŞ Səfirliyi önündə keçirdiyi aksiya barəsində söhbət edərkən deyib.

“Mən düşünürəm bu, müəyyən siyasi məqsədlərə yönəldilmişdi. Öz məğzi ilə zərərvericidir, çünki kimsə Kramerin tamamilə müvafiq olmayan hərəkətini Amerika Birləşmiş Ştatları ilə əlaqələndirmək olmaz”, – Volski deyib.

Qeyd edək ki, muxalif Vətənpərvərlər Aliyansı partiyası sentyabrın 15-də ABŞ Səfirliyi önündə aksiya keçirib.