“Gürcü Arzusu”: Salome Zurabişvilinin partiyamız ilə heç bir əlaqəsi yoxdur

Manshet Siyasət

“Xahiş edirəm, “ Gürcü Arzusu” ilə eyniləşdirməyək”.

Nsa.ge məlumat verir ki, bunu “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze açıqlamasında deyib.

Onun sözlərinə görə, Salome Zurabişvilinin “ Gürcü Arzusu” partiyası ilə heç bir əlaqəsi yoxdur və onu bu partiya ilə eyniləşdirmək düzgün deyil:

“Zurabişvili partiyanın üzvü deyil və onun “ Gürcü Arzusu” partiyası ilə heç bir əlaqəsi yoxdur. O, müstəqil namizəd idi və müstəqil namizədi dəstəkləmək bizim qərarımız idi. Biz namizədlərin kim olacağını müşahidə edirdik. Salome Zurabişvili yeganə layiqli namizəd idi”.

Baş katib ABŞ-ın Gürcüstanın strateji tərəfdaşı olduğunu və bunun davam edəcəyini vurğulayıb:

“Avropa və Nato ilə əməkdaşlıq isə gürcü xalqının və ölkənin seçimidir. Gürcü xalqının və hakimiyyətimizin seçdiyi yol Avropa adlandırılan böyük ailənin üzvüdür”.

NSA.GE